EN

Hizbullahın baş katibi: Biz bundan imtina etdik

Vətəninfo.az xəbər verir ki, Hizbullahın baş katibi Nəim Qasım qruplaşmanın tərksilah edilməsi çağırışlarını bir daha rədd edib. O, bu tələblərin Livanın maraqlarına zidd olduğunu bildirib.

Televiziya çıxışında Nəim Qasım Hizbullahın tərksilah məsələsini “Amerika–İsrail layihəsi” adlandıraraq, məqsədin müqaviməti zəiflətmək, Livan ərazilərinin bir hissəsini İsrailə birləşdirmək və ölkəni xarici təsir altına salmaq olduğunu deyib.

Qasım vurğulayıb ki, İsrail hücumlarını davam etdirdiyi bir şəraitdə Livan daxilində hər hansı tərəfdən silahların təhvil verilməsini tələb etmək əsassızdır.

Atəşkəs məsələsinə toxunan Hizbullah lideri bildirib ki, müqavimət qüvvələri Livan hökuməti ilə koordinasiyada öhdəliklərinə sadiq qalıb və milli suverenliyin qorunması məqsədilə Livan ordusu ilə əməkdaşlıq edib.

Chosen
31
veteninfo.az

1Sources