Fransa Prezidenti Emmanuel Makron yanvar ayında "könüllülər koalisiyası"nın iclasının keçiriləcəyini elan edib.
Herbiand.az xəbər veruir ki, Makron iclasda Ukrayna üçün təhlükəsizlik zəmanətlərinə "konkret töhfə" verilməsi ilə bağlı razılıq əldə olunacağını X sosial media platformasında yazıb.
Makron həmçinin qeyd etdi ki, o, digər Avropa liderləri ilə birlikdə Floridada Donald Tramp və Vladimir Zelenski arasında danışıqlardan sonra keçirilən zəngdə iştirak edib və daha sonra Ukrayna prezidenti ilə ayrıca telefon danışığı aparıb.
"Biz ədalətli və davamlı sülhün qurulması üçün əsas olacaq təhlükəsizlik zəmanətləri məsələsində irəliləyiş əldə edirik", - deyə Fransa prezidenti vurğulayıb.