EN

Fərid Qayıbov: “Əsas məqsədimiz idmanın kütləviliyini təmin etməkdir”

“Cari il bir çox idman növündə ilk medallarımızı qazanmışıq. Buna idmanın üzgüçülük növü üzrə qazandığımız medalı misal gətirə bilərəm. MDB Oyunlarında indiyə qədər üzgüçülük növündə medalımız olmamışdı. Gəncədə müxtəlif əyarlı medallar qazanmaqla bərabər, üzgüçülükdə iki qızıl medal əldə etdik”.

İdman.Biz xəbər verir ki, bu sözləri Gənclər və idman naziri Fərid Qayıbov idman mediasının nümayəndələri ilə görüşdə deyib.

Qazanılan qızıl medallarla bərabər F.Qayıbov hesab edir ki, onların əsas məqsədi idmanın kütləviliyini təmin etməkdir:

“Sizə bir misal çəkim: buz meydançası. Artıq üçüncü ildir buz meydançası fəaliyyət göstərir. Xüsusən, şənbə-bazar günləri orada növbə yaranır. Gənclərimizin asudə vaxtlarının idmanda keçirməsi bizim üçün çox vacibdir. Eyni zamanda məsələnin peşəkar tərəfi var. Bizim orada fiqurlu konkisürmə, hokey bölməmiz var. Artıq orada məşq edən hokeyçilərimiz yarışlara qatılmağa başlayıblar. Nəticələrimiz də var”.

Nazir qeyd etdi ki, təxminən 10 il əvvəl, ölkəmizdə batut gimnastikasının əsası qoyuldu, xaricdən mütəxəssislər, idmançılar dəvət edildi:

“Üzərindən 10 il keçəndən sonra, 2024-cü ildə bizim özümüzdə yetişmiş idmançı, olimpiya oyunlarına vəsiqə qazandı və orada ölkəmizi təmsil etdi. Özü də nəzərinizə çatdırım ki, batut idman növündə yalnız 16 lisenziya var və oraya düşmək asan deyil. İndi biz istəyirik ki, qış idman növlərində də belə uğurlara imza ataq, lakin dediyim kimi bunun üçün idmana təşviqetmə önəmlidir”.

İdman.Biz
Chosen
26
idman.biz

1Sources