Bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, dövlət başçısının öz çıxışında xüsusi olaraq idman infrastrukturunun yaradılması məsələsinə toxunması da təsadüfi deyil: "Cənab Prezident İlham Əliyev ölkəmizdə idman infrastrukturunun demək olar ki, sıfırdan qurulduğunu və bu gün ən yüksək səviyyəyə çatdığını xüsusi vurğuladı. Gəncə və Yevlaxda yeni Olimpiya İdman Komplekslərinin istifadəyə verilməsi və bölgələrdə bu komplekslərin sayının 46-ya çatdırılması dövlətin regionların balanslı inkişafına verdiyi önəmi göstərir. Bu, təkcə idman uğurlarına deyil, eyni zamanda sosial rifaha, gənclərin sağlam həyat tərzinə cəlb olunmasına xidmət edir. Dövlət başçısının çıxışında qeyd olunduğu kimi, bu gün artıq bütün bölgələrdə idmanla məşğul olmaq üçün hər cür şərait var və bu amil kütləvi idmanın inkişafını stimullaşdırır. Beləliklə, cənab Prezidentin çıxışı idmanın Azərbaycanda dövlətçilik fəlsəfəsinin ayrılmaz hissəsinə çevrildiyini təsdiqləyir. Dünya və Avropa çempionatlarından, ən mötəbər beynəlxalq idman yarışlarından ölkəyə gələn medalların sayının artması, infrastrukturun genişlənməsi və gənclərin idmana marağının yüksəlməsi bir zəncirin həlqələri kimi bir-birini tamamlayır” – deyə, Kamaləddin Qafarov fikirlərini tamamlayıb.