Son zamanlar populyarlaşan idman növlərindən biri olan sörfinq haqqında ümumiyyətlə nə bilirik? 2020-ci ildən etibarən sörfinq Yay Olimpiya Oyunlarının proqramına daxil edilib. ABŞ millisi iki qızıl medal qazanıb. Biri Tokio, digəri Paris Olimpiadasında. Braziliyalılar isə bütün medal dəstini toplayıblar və ümumi mükafatların sayına görə liderdirlər.
Publika.az xəbər verir ki, sörfinqin sosial şəbəkələrdə əsas populyarlaşdırıcılarından biri Keani Kanullodur.
Keani Havay adalarından olan peşəkar sörfinqçidir. Onun "Instagram" platformasındakı hesabı kifayət qədər maraqlıdır. Paylaşımları demək olar ki, tamamilə dalğalarda sürüşməyə həsr olunub. Kanullo məşqlərdən və sadə sürüşlərdən videolar paylaşır, həmçinin çimərliklərdən çoxlu fotolar dərc edir. Təsadüfi deyil, çünki bu, onun əsas iş mühitidir.

Dekabrın sonunda Keaninin videoları sosial şəbəkələrdə viral olub və indi sörfinqdən uzaq insanlar belə onun iştirakı ilə növbəti turniri qaçırmayacaqlarını yazırlar. Söhbət yanvarın sonunda doğma Havay adalarında keçiriləcək "Lexus Pipe Challenger" turnirindən gedir.