"Turan Tovuz" yarımmüdafiəçisi ilə əməkdaşlığa son qoyub.
Fanat.Az-ın əldə etdiyi məlumata görə, qərb təmsilçisi yarımmüdafiəçi Veysəl Rzayevlə vidalaşıb.
Onun "Kəpəz"ə icarəyə verilməsi gündəmdə olsa da, Gəncə təmsilçisi klubu ilə yollarını ayıran Veysəlin transfer hüquqlarına yiyələnib. "Sarı-göylər"in yaxın günlərdə keçidi açıqlayacaqları gözlənilir.
Qeyd edək ki, cari mövsüm Misli Premyer Liqasında çıxdığı 3 oyunda 1 məhsuldar ötürmə ilə yadda qalan Veysəl Bizon Azərbaycan Kubokunda 2 matçda iştirak edərək 1 assistlə diqqət çəkib.
Nihat