AZ

Məşhur məşqçi əməliyyat olundu

style='margin-bottom:10px;'>

İtaliyanın "Latsio" klubunun baş məşqçisi Mauritsio Sarri əməliyyat olub.

QOL.az xəbər verir ki, Roma təmsilçisinin mətbuat xidmətinin yaydığı məlumata görə, 66 yaşlı mütəxəssis ürəyində yaranan problem səbəbindən əməliyyat olunub. Həkimlər onda qulaqcıqların fibrilyasiyası (ürək ritminin pozulması) aşkar ediblər.

Məlumata görə, mütəxəssisin əməliyyatı uğurla başa çatıb. Təcrübəli çalışdırıcının yaxın günlərdə komandadakı işini bərpa edəcəyi bildirilir.

Xatırladaq ki, M.Sarri bu il yenidən "Latsio"ya baş məşqçi təyin olunub. O, daha əvvəl 2021-2024-cü illərdə də paytaxt klubunu çalışdırıb.

Seçilən
49
15
teleqraf.com

10Mənbələr