EN

Qeyri-formal məşğul şəxslər icbari tibbi sığorta haqqını özləri ödəyəcək

Bakı. Trend:

"Məşğulluq haqqında" Qanunda nəzərdə tutulmuş qeyri-formalməşğulluğun təsir dairəsinə düşən şəxslər sığortalı qismində özləriçıxış edəcəklər.

Trend-inməlumatına görə, bu məsələ Prezident İlham Əliyevin təsdiqlədiyi"Tibbi sığorta haqqında" Qanunda dəyişiklik edilməsi barədəQanunda öz əksini tapıb.

"Məşğulluq haqqında" Qanuna əsasən, Əmək Məcəlləsinə uyğunolaraq əmək müqaviləsi (kontrakt) və ya Mülki Məcəlləyə uyğunolaraq mülki hüquqi müqavilə bağlanılmadan müəyyən fəaliyyətinyerinə yetirilməsi, Vergi Məcəlləsinə uyğun olaraq sahibkarlıqfəaliyyətinin və mülkiyyətində olan kənd təsərrüfatına yararlıtorpaqdan istifadənin rəsmiləşdirilmədən həyata keçirilməsi, eləcədə "Ailə kəndli təsərrüfatı haqqında" Qanuna uyğun olaraq yerliözünüidarəetmə orqanlarında uçota durmadan ailə kəndlitəsərrüfatının təşkili nəticəsində qazanc (gəlir) əldə edilməsiqeyri-formal məşğulluq hesab edilir.

Qanun layihəsinə əsasən, qeyri-formal məşğulluğun təsirdairəsinə düşən şəxslər üzrə müvafiq icra hakimiyyəti orqanınınmüəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilən məbləğdəicbari tibbi sığorta haqqı tutulacaq.

Qeyri-formal məşğulluğun təsir dairəsinə düşən şəxslərtərəfindən sığorta haqqının ödənilməsi müddətləri pozulduqda, buQanunun yuxarıda müəyyən olunmuş sığorta haqqının 10 faiz həcmindəəlavə sığorta haqqı ödəyəcəklər.

Qeyri-formal məşğulluğun təsir dairəsinə şəxslər tərəfindənsığorta haqqının ödəmək öhdəliyi təqvim ili ərzində yarandıqda,həmin şəxslər üçün sığorta haqqı 12-yə bölünməklə öhdəliyininyarandığı ay da daxil olmaqla ilin sonunadək növbəti ayların sayınavurulmaqla hesablanacaq.

Chosen
27
48
az.trend.az

10Sources