AZ

Qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması ilə bağlı tədbirlər gücləndiriləcək

Qadınların qeyri-formal məşğulluğunun qarşısının alınması istiqamətində tədbirlər gücləndiriləcək.

Day.Az AZƏRTAC-a istinadən bildirir ki, bu, Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilən "Azərbaycan Respublikasında gender (kişi və qadınların) bərabərliyi üzrə 2026-2028-ci illər üçün Milli Fəaliyyət Planı"nda öz əksini tapıb.

Sənədə əsasən, qadınların qeyriformal məşğulluq səviyyəsinin yüksək olduğu sahələrin müəyyən olunması üçün anket sorğusunun keçirilməsi və müvafiq təhlillər aparılması, qadınların qeyriformal məşğulluqla bağlı maarifləndirilməsi və məlumatlandırılması tədbirlərinin həyata keçirilməsi və muzdla işləyən qadınların sayının artırılması planlaşdırılır.

Seçilən
13
48
day.az

10Mənbələr