Uruqvay millisinin sabiq hücumçusu Edinson Kavani karyerasını başa vurduğunu açıqlayıb.
Fanat.Az xəbər verir ki, ulduz forvard bu barədə sosial media hesabı üzərindən məlumat yayıb.
"Təşəkkür edirəm, futbol! Məni böyütdün, öyrətdin, yıxıldıqdan sonra ayağa qalxmağıma kömək etdin. Qeyri-mümkün görünən xəyalları gerçəkləşdirməyə və inanılmaz insanlarla tanış olmağa imkan verdin. Ailəm, dostlarım, komanda yoldaşlarım, məşqçilərim və azarkeşlərim olmasaydı, bu mümkün olmazdı. Onların sevgisini hər klubda və ölkədə əbədi olaraq qoruyacağam. Hər məşqdə və matçda əlimdən gələni etdiyimi bilərək rahatlıqla ayrılıram. Səhvlərlə, qələbələrlə, amma həmişə mənə çox şey verən peşəyə hörmətlə yanaşıram".
Qeyd edək ki, 38 yaşlı oyunçunun son klubu "Boka Xuniors" olub.
Kavani karyerasının əsas hissəsini PSJ-də (2013-2020) keçirib.
Futbolçu Uruqvay millisi ilə Amerika Kubokunu qazanıb.