EN

O dünyadan "qayıdan" qadın elə şeylər görüb ki...

Ölüm ayağında olan kanadalı qadın mərhum qohumları və gələcəklə bağlı qeyri-adi görüntülər görüb.

Publika.az xəbər verir ki, bu barədə "Daily Star" qəzeti məlumat yayıb.

Vankuverdən olan Xizer Mey qan laxtalanmasından əziyyət çəkərək xəstəxanaya yerləşdirilib. O deyir ki, xəstəxanaya gedərkən təcili yardım maşınında huşunu itirib.

"Bunu uçurum və ya boşluq adlandıra bilərsiniz, çünki onu necə təsvir edəcəyimi bilmirəm. Amma tam qaranlığa baxmayaraq, çox rahat idi", - deyə o xatırlayıb.

Mey əlavə edib ki, bu qaranlıq məkan tamamilə ölçüsüz idi və mən sanki göldə üzürdüm, özümü tamamilə tənha hiss edirdim, sonra kiçik bir işıq nöqtəsi gördüm və məni qaldırıb tunelə apardılar.

Chosen
61
publika.az

1Sources