Bakı, 29 dekabr, AZƏRTAC
"Turan Tovuz" və futbolçu Veysəl Rzayev arasında bağlanmış müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Bu barədə AZƏRTAC-a klubdan məlumat verilib.
2022/2023-cü illər mövsümündən komandanın şərəfini qoruyan yarımmüdafiəçi bu müddət ərzində Premyer Liqada 79 oyunda meydana çıxıb və 2 qol vurub.