EN

Azərbaycanda rayon ağsaqqalı “Şaxta baba”nı maşınla vurub

Keçən ilin 29 dekabrında Neftçala şəhəri H.Əliyev prospektində velosipedlə hərəkət edənZamiq Məmmədovu 90-EG-827 dövlət qeydiyyat nişanlı “Mitsubishi Pajero” markalı avtomobillə vuran Mərdan Səlimovun (ad-soyadlar şərtidir) məhkəmə prosesi başa çatıb.

Teleqraf-ın əldə etdiyi məlumata görə, məhkəmə avtomobili sərxoş vəziyyətdə idarə edən Mərdan Səlimovu 9 ay müddətinə azadlqıdan məhrum etsə də, onun cəzası şərti hesab olunub.

Məhkəmədə təqsirləndirilən şəxs ifadəsində bildirib ki, rayonun tanınmış ağsaqqallarından biridir:

“Həmişə camaat içində nümunəvi davranmağa, başqalarını qanunsuz hərəkətlərdən çəkinməyə çağırmışam. Rayonda kifayət qədər nüfuza və hörmətə malikəm. Heç vaxt düşünə bilməzdim ki, ahıl yaşında başına belə hadisə gələ bilər. Əməlindən çox peşmanam. Hazırda zərərçəkmiş şəxslə barışmışam və ona vurulmuş ziyanı tam olaraq ödəmişəm”.

Zərərçəkmiş şəxs isə bildirib ki, işsiz olduğu üçün hər il Yeni il bayramı ilə əlaqədar olaraq şaxta baba paltarı geyinib onu dəvət edən şəxslərin evlərinə gedərək uşaqlarını əyləndirir:

“Şaxta baba paltarında velosipedlə hərəkətdə olan zaman arxadan nəyinsə məni vurduğunu hiss etdim. Zərbənin təsirindən yıxıldım və huşumu itirdim. Ayıldıqda Salyan rayonunda xəstəxanada olduğunu gördüm. Məni xəstəxanaya kimin apardığını bilmədim. Sonradan bildim ki, məni Mərdan Səlimov vurub. Təqsirləndirilən şəxs bütün müalicə və s. xərclərimi tam olaraq ödəyib. Onunla barışmışam və qarşı tərəfələ bağlı heç bir şikayətim, tələbim yoxdur”.

Qeyd edək ki, Mərdan Səlimov velosipedlə hərəkət edən şəxsi vurduqdan sonra irəlidəki saat qülləsi ilə toqquşub.

Chosen
29
teleqraf.com

1Sources