EN

“Qarabağ”ın rəqibində yeni hücumçu

“Qarabağ”ın Çempionlar Liqasındakı rəqibi olan “Ayntraxt” heyətinə yeni futbolçu qatıb.

İdmanxeber.az xəbər verir ki, Frankfurt klubu “Elversberq”in hücumçusu Yunus Ebnutalibini transfer edib. Bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

22 yaşlı forvard cari mövsümdə 2-ci Bundesliqada keçirdiyi 16 oyunda 13 dəfə fərqlənib.
Qeyd edək ki, “Qarabağ”la “Ayntraxt” arasında keçiriləcək görüş yanvarın 21-də Bakıda baş tutacaq.

Chosen
20
20
idmanxeber.az

10Sources