EN

Sadələşdirilmiş vergi ödəyicisi olmanın YENİ QAYDASI

Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ yeni qaydada müəyyənləşdiriləcək.

"Cebheinfo.az" xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi Vergi Məcəlləsinə dəyişiklikdə əksini tapıb.

Qanuna əsasən, vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Qeyd edək ki, əlavə dəyər vergisinin (ƏDV) məqsədləri üçün qeydiyyata alınmamış və ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) vergi tutulan əməliyyatların həcmi 200.000 manat və ondan az olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququna malikdir.

Beləliklə, sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququ müəyyənləşdirilərkən artıq vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınacaq.

Bu, 2026-cı il yanvarın 1-dən sonra həyata keçirilən vergi tutulan əməliyyatlara münasibətdə tətbiq olunacaq.

"Cebheinfo.az"

Chosen
39
10
cebheinfo.az

10Sources