EN

Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva və Alena Əliyeva “Rənglərdə yaşanan 10 il” mövzusunda keçirilən sərgidə iştirak ediblər (FOTO)

Bakı.Trend:

Dekabrın 28-də Zirə Mədəniyyət Mərkəzinin Eko-Park ərazisindəyerləşən “Türk Dünyası” rəsm qalereyasında “Rənglərdə yaşanan 10il” mövzusunda sərgi keçirilib. Mərkəzin 10 illik yubileyiərəfəsində təşkil olunan sərgidə 6–30 yaşarası tələbə-rəssamlarınvə müəllim heyətinin rəssamlığın rəngarəng texnikalarından istifadəedərək hazırladıqları əl işləri nümayiş etdirilib.

Trend xəbərverir ki, sərgidə Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva vəAlena Əliyeva iştirak ediblər.

Arzu Əliyeva və Alena Əliyeva mərkəzin fəaliyyəti ilə yaxındantanış olub, sərgilənən əl işlərinə baxış keçirib, qonaqlar və sərgiiştirakçıları ilə şəkil çəkdiriblər.

Gənc rəssamların rəngkarlıq, heykəltəraşlıq, taxta üzərindəyandırma, kvillinq-art, batika, ebru, alcohol ink, qrafika,wood-art, mixed media art (dekorativ-tətbiqi sənət) kimi müxtəlifmövzularda hazırlanmış işləri böyük maraqla qarşılanıb.

Tədbiri Zirə Mədəniyyət Mərkəzinin rəhbərliyi adından LəmanƏliyeva açaraq mərkəzin fəaliyyəti və sərgi haqqında ətraflıməlumat verib. Daha sonra Art Studiyanın rəhbəri Məzahir Rüstəmovçıxış edərək Art Studiyanın 10 illik inkişaf yolu, əldə olunannailiyyətlər və gənc rəssamların yaradıcılıq uğurları barədəməlumat verib.

Sərginin fəxri qonağı Xalq rəssamı Ömər Eldarov iştirakçılarıtəbrik edib, onların yaradıcılıq fəaliyyətlərinə yüksək qiymətverərək gələcək işlərində uğurlar arzulayıb.

Tədbirin davamında Eko-Parkın moda studiyasında hazırlanmışAzərbaycanın milli geyimlərindən, eləcə də üzərində rəsm və digərəl işləri olan müasir geyimlərdən ibarət moda sərgisi nümayişetdirilib.

Sonda təqdim edilən “Ağ çiçəyim” rəqsi tədbirə xüsusi estetikgözəllik və rəng qatıb.

Tədbirin yekununda isə Zirə Mədəniyyət Mərkəzinin 10 illikyubileyi münasibətilə Eko-Park heyəti və tələbə-rəssamlar birlikdətort kəsib, bu əlamətdar günü xatirə şəkilləri ilə yaddaşaköçürüblər.

Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Bakı
Chosen
59
29
az.trend.az

10Sources