EN

Natiq Cəfərli: “Getməyə qoymursuz, bəs öz ölkəmizə niyə quru yolla gələ bilmirik?”

ain.az bildirir, Gununsesi saytına əsaslanaraq.

REAL Partiyasının sədri Natiq Cəfərli Azərbaycan hökumətinin quru sərhədləri bağlı saxlamasını növbəti dəfə şərh edib.

Gununsesi.info-nun xəbərinə görə, partiya sədri hökumətin arqumentini absurdd adlandırıb:

“Son günlər quru sərhədlərin qanunsuz və məntiqsiz olaraq bağlı qalması ilə əlaqədar bir neçə yazı yazdım, şərhlərdə “təhlükəsizlik” deyib hay salanlar oldu. Elə rəsmi şəxslər də bir neçə dəfə bu “arqumenti” sələndiriblər. Ən son Zahid Oruc da bu haqda danışmışdı.

Olsun, tutalım, sərhəd “təhlikəsizlik” məsələsinə görə bağlıdır, amma, xarici vətəndaşlar ölkəmizdən quru sərhədlərlə çıxa bilir, Azərbaycan onları buraxmaya bilməz. Yaxşı, biz, Azərbaycan vətəndaşları öz ölkəmizə niyə quru yolla gələ bilmirik?!

Yəni, getməyə qoymursuz bildik, biz də uçduq Tbilisiyə, geri, öz evimə, öz vətənimə, öz ölkəmə niyə quru yolla buraxmırsınız?! Bunun “təhlükəsizlik” məsələsi ilə nə əlaqəsi var?!

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
61
19
icma.az

10Sources