EN

"Rusiya öz məqsədlərinə çatmaq üçün Ukraynada sülhü nəzərdən keçirir" - Peskov

Rusiya ABŞ Prezidenti Donald Trampın Kiyev və Moskva tərəflərinin münaqişənin həllinə yaxınlaşdığı və danışıqların son mərhələdə olduğu barədə açıqlaması ilə razılaşır. 

Missiya.Az xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

Peskov hazırda sülh planının hansı variantının müzakirə edildiyini dəqiqləşdirməyib. O, Ukrayna Prezidenti Volodimir Zelenskinin Moskvanın “B” planını nəzərdən keçirməli olduğu barədə fikirlərinə də münasibət bildirib.“Rusiya öz məqsədlərinə çatmaq kontekstində hərbi münaqişəyə son qoymağı düşünür”, – deyə Peskov vurğulayıb.

Qeyd edək ki, dekabrın 28-də Florida ştatında ABŞ və Ukrayna Prezidentləri arasında sülh danışıqları keçirilib. Görüşdə Kiyev tərəfindən hazırlanmış 20 bəndlik sülh planı müzakirə olunub.

Seyranə QuliyevaMissiya.Az

Chosen
19
50
missiya.az

10Sources