EN

Sabirabadda qəza sürücünün ölümü ilə nəticələndi

Sabirabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, hadisə rayonun Qaragüney kəndində qeydə alınıb.

Belə ki, sürücü Nuralı Həsənov "BMW" markalı avtomobildə idarəetməni itirib, qarşısına çıxan beton maneəyə çırpılıb.

Hadisə nəticəsində sürücü vəfat edib.

Chosen
57
32
avtosfer.az

10Sources