EN

Ələkbərovun əməliyyat etdiyi şəxslərdən ikisi şikayətçidir - Rəsmi açıqlama

Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiyi Əməkdar artistin səhhətində problemlər yaranıb.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidməti “Qafqazinfo”nun sorğusunu cavablandırıb.
Prokurorluqdan saytımıza bildirilib ki, Vüqar Ələkbərov barəsində 2 nəfər şikayət ünvanlayıb: “Plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.
Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.
Chosen
30
4
yenilik.az

10Sources