Xəbər verdiyimiz kimi, plastik cərrah Vüqar Ələkbərovun əməliyyat etdiyi Əməkdar artistin səhhətində problemlər yaranıb.
Prokurorluqdan saytımıza bildirilib ki, Vüqar Ələkbərov barəsində 2 nəfər şikayət ünvanlayıb: “Plastik cərrah Vüqar Ələkbərov tərəfindən icra olunan əməliyyatlar nəticəsində səhhətlərində problemlər yaranmasına dair 2 nəfərin müraciəti üzrə Bakı şəhəri Nəsimi və Binəqədi rayon prokurorluqlarında araşdırma aparılır.
Hər iki müraciət üzrə tam, hərtərəfli və obyektiv araşdırma aparılmaqla nəticəsi barədə müvafiq qərarın qəbul edilməsi təmin olunacaq”.