525.az saytına istinadən ain.az xəbər verir.
İsveçdə tüğyan edən "Yuhannes" qasırğası ciddi fəsadlar törədib.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, 3 nəfər həyatını itirib, onlarla insan xəsarət alıb.
Bəzi yerlərdə küləyin sürəti saniyədə 45 metrə çatıb. Kökündən çıxmış ağaclarının aşması nəticəsində yollar bağlanıb. Dəmir yollarında, havada və suda hərəkət dayandırılıb. 45 mindən çox ev elektrik enerjisisiz qalıb.
Qeyd edək ki, "Yuhannes" qonşu Norveç və Finlandiya ərazilərində də xeyli dağıntılara səbəb olub. Qasırğanın nə zaman sakitləşəcəyi barədə dəqiq məlumat verilmir.
L.Tağıyeva
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.