İsrailin baş naziri Benyamin Netanyahu ABŞ Prezidenti Donald Trampla keçiriləcək görüşdə Vaşinqtonu İrana məxsus raket obyektlərinə zərbə endirməyə icazə verməyə razı salmağa çalışacaq.
Moderator.az xəbər verir ki, bu barədə "Washington Post" yazıb.
Qəzetinin yazdığına görə, Netanyahu İranı İsrailin maraqları üçün regional təhdid kimi görməyə davam edir və bu mövqeyini ABŞ tərəfinə çatdırmaq niyyətindədir.
O, Vaşinqtondan ya İsrail ordusunun İrana qarşı hərbi zərbələr endirməsinə razılıq verilməsini, ya da ABŞ silahlı qüvvələrinin prosesə birbaşa müdaxiləsini istəyir.