ABŞ prezidenti Donald Tramp və İsrailin baş naziri Binyamin Netanyahu arasında görüşün dəqiq tarixi açıqlanıb. Ağ Evin mətbuat xidməti danışıqların bu gün, 29 dekabrda yerli vaxtla saat 13:00-da başlayacağını açıqlayıb.
Netanyahu artıq danışıqların keçiriləcəyi Florida ştatına gəlib. CNN mənbələrinə görə, İsrail baş nazirinin səfərinin əsas məqsədlərindən biri Trampı HƏMAS-a qarşı yeni İDF əməliyyatını dəstəkləməyə inandırmaqdır.
Tərəflər həmçinin Livan və İrandakı vəziyyəti müzakirə edə bilərlər. Təl-Əviv Ağ Evin İsrail xarici siyasətinin bu sahələrində hərbi qərarlarla bağlı fikirlərini araşdırmağı planlaşdırır.
//Samir Qurbanov, Editor.az