EN

YAP Samuxrayontəşkilatında hesabat yığıncağıkeçirilib

29 dekabr 2025-ci il tarixdə Yeni Azərbaycan Partiyası (YAP) Samux  rayon təşkilatında 2025-ci ilin yekunları və 2026-cı ildə qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş hesabat yığıncağı keçirilib.

Yığıncağın rəsmi hissəsindən  öncə  müasir, müstəqil Azərbaycan dövlətinin qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi  və  Samux Şəhidlər kompleksi ziyarət olunaraq  önünə  gül dəstələri düzülüb.

Yığıncaqda Ümummilli Lider Heydər Əliyevin, eləcə də Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçmiş Vətənin qəhrəman övladlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Tədbiri giriş sözü ilə açan YAP Samux rayon təşkilatının  sədri Gündüz Bayramov tədbir iştirakçılarını qarşıdan gələn 31 dekabr dünya azərbaycanlılarının həmrəyliyi günü və yeni il münasibətilə  təbrik edib. Sonra  rayon təşkilatının 2025-ci il ərzindəki  fəaliyyəti barədə hesabat dinlənilib. Qeyd edilib ki, hesabat dövründə YAP Samux Rayon Təşkilatı YAP-ın  Nizamnaməsindən irəli gələn səlahiyyətlərin həyata keçirilməsini təmin etmiş, habelə rayonda YAP-ın fəaliyyətinin təşkilati, hüquqi və analitik-informasiya təminatını həyata keçirmişdir.  Yerli təşkilat öz işini “Yeni Azərbaycan Partiyasının yerli təşkilatları haqqında əsasnamə”yə, eləcə də Mərkəzi Aparatın tapşırıqları və rayon təşkilatının aparatı tərəfindən təsdiq edilmiş illik iş və tədbirlər planı əsasında qurmuş, il ərzində qarşıda duran vəzifələri uğurla icra etmişdir. Rayon təşkilatının 2025-ci ildəki fəaliyyətinin əsas istiqamətlərindən olan Azərbaycanın ümummilli lideri, YAP-ın qurucusu Heydər Əliyev irsinin təbliği və təşviqi həyata keçirilmiş, cənab Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin gördüyü işlər təbliğ edilərək cəmiyyətə çatdırılmışdır.

 Yığıncaqda çıxış edən ərazi partiya təşkilat sədrləri görülən işlərdən danışaraq, rayon təşkilatının üzvlərinin rayondakı ictimai-siyasi proseslərdə öz fəallıqları ilə fərqləndiklərini qeyd ediblər və 2025-ci ildə YAP Samux  rayon təşkilatının fəaliyyətini qənaətbəxş qiymətləndiriblər.

Daha sonra YAP Samux rayon təşkilatının  2026-cı ildə görüləcək işlərə dair tədbirlər planı və iş planı müzakirə edilərək təsdiq edilib.

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fərqlənən bir qrup partiya fəalına fəxri fərman, partiyaya yeni üzv olanlara isə üzvlük vəsiqələri təqdim edilib.

Chosen
11
13
yeniazerbaycan.com

10Sources