Bakıda sərnişin avtobuslarının iştirakı ilə zəncirvari yol-nəqliyyat hadisəsi baş verib.
Paralel.az xəbər verir ki , Bakı şəhəri, Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınan yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatı barədə oxu.az-a "BakuBus" MMC-nin mətbuat katibi Əsmər Əliyeva məlumat verib.
O bildirib ki, bu gün saat 12:20-də Şamil Kərimov küçəsi, 12A ünvanında zəncirvari yol-nəqliyyat hadisəsi baş verib:
"İlkin məlumata əsasən, digər daşıyıcılara məxsus iki avtobus arasında qəza baş verib və nəticədə avtobuslardan biri dayanacaqda dayanan "BakuBus" MMC-yə məxsus 57 nömrəli müntəzəm marşrut xətti istismarda olan avtobusa arxadan çırpılıb. Hadisə ilə bağlı aidiyyəti qurumlara məlumat verilib, araşdırma aparılır".