AZ

Sumqayıtda zəncirvari qəza - FOTO

Sumqayıt şəhərində zəncirvari avtomobil qəzası baş verib. Avtosfer.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə şəhərin Səməd Vurğun küçəsində qeydə alınıb. Məlumata görə, “Kia”, “Mercedes”, “Opel” və “BYD” markalı minik avtomobilləri toqquşub. Qəza nəticəsində avtomobillərə ziyan dəyib. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hazırda yol-nəqliyyat hadisəsinin başvermə səbəbləri araşdırılır. Faktla bağlı araşdırma aparılır.

Image

Seçilən
22
50
avtosfer.az

10Mənbələr