“Bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir. Yayılan fotolar isə internetdən götürülüb. Xarici saytda dərc edilən elmi məqalədə olan şəkli götürüb veriblər, guya ki, bədəni çürüyən xəstə o imiş...”.
Bu sözləri “Yeni Sabah”a plastik cərrah Vüqar Ələkbərov deyib.
Sosial şəbəkələrdə yayılan məlumatlarda V.Ələkbərovun əməliyyatlarından sonra pasiyentin bədəninin çürüməsi iddia olunmuşdu. Cərrah özü bu iddiaları təkzib edib:
“Bu xəbərlər məni sevməyənlər tərəfindən sifariş edilmiş yalanlardır. İddialar həqiqəti əks etdirmir, mən uzman doktoram, müharibə zamanı ən çox yaralı əməliyyat etmiş cərrahlardan biriyəm. Həmin dövrdə 260-dan çox xəstə əməliyyat etmişəm, universitetdə dərs deyirəm. Belə şeylər mənə yaraşmaz, ümumiyyətlə, həyatımda bu cür hadisələr olmayıb. Bu cür hadisələr bizə yaraşmaz”.
Əsmətxanım Rzazadə
Telegram kanalımız