RU

Əməliyyat etdiyi xəstənin bədəni çürüyüb? - Tanınmış həkimdən iddialara CAVAB

“Bu iddialar tamamilə yalandır və həqiqəti əks etdirmir. Yayılan fotolar isə internetdən götürülüb. Xarici saytda dərc edilən elmi məqalədə olan şəkli götürüb veriblər, guya ki, bədəni çürüyən xəstə o imiş...”.

Bu sözləri “Yeni Sabah”a plastik cərrah Vüqar Ələkbərov deyib.

Sosial şəbəkələrdə yayılan məlumatlarda V.Ələkbərovun əməliyyatlarından sonra pasiyentin bədəninin çürüməsi iddia olunmuşdu. Cərrah özü  bu iddiaları təkzib edib:

 “Bu xəbərlər məni sevməyənlər tərəfindən sifariş edilmiş yalanlardır. İddialar həqiqəti əks etdirmir, mən uzman doktoram, müharibə zamanı ən çox yaralı əməliyyat etmiş cərrahlardan biriyəm. Həmin dövrdə 260-dan çox xəstə əməliyyat etmişəm, universitetdə dərs deyirəm. Belə şeylər mənə yaraşmaz, ümumiyyətlə, həyatımda bu cür hadisələr olmayıb. Bu cür hadisələr bizə yaraşmaz”.

Əsmətxanım Rzazadə 


Telegram kanalımız
Избранный
30
9
yenisabah.az

10Источники