EN

Goranboyda yolda vurulan 73 yaşlı qadın öldü YENİLƏNİB

ain.az, Lent az saytına istinadən bildirir.

Goranboyda təcili tibbi yardım avtomobilinin vuraraq öldürdüyü şəxsin kimliyi məlum olub.

Lent.az-ın APA-ya istinadla məlumatına görə, qəzada ölən şəxsin Yevlax rayonunun Aran qəsəbə sakini 73 yaşlı Ş.Bağırova olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

***

09:25

Goranboyda piydanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Hərəkətdə olan avtomobil yolu qarşı tərəfə keçmək istəyən orta yaşlı qadını vurub. Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib.

Hazırda qadının kimliyi dəqiqləşdirilir. Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır./ APA

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
20
14
lent.az

10Sources