Fransanın “Kan” klubu komandanın yeni baş məşqçisini açıqlayıb.
Offsideplus.az xəbər verir ki, klubun rəhbərliyi bu vəzifəni sabiq Fransa millisinin üzvü Qael Klişiyə həvalə edib.
Hazırda Fransa üçüncü liqası sayılan "Championnat National"da çıxış edən “Kan” ötən mövsüm aşağı liqaya yuvarlanıb və bu mövsüm 10-cu pillədə qərarlaşıb. Klub rəhbərliyi komandanın nəticələrini yaxşılaşdırmaq məqsədilə məşqçi dəyişikliyinə gedib.
Xatırladaq ki, 38 yaşlı Qael Klişi futbolçu karyerası ərzində “Arsenal”, “Mançester Siti” və “Başakşehir” kimi klubların formasını geyinib. Bu təyinat onun baş məşqçi kimi ilk böyük təcrübələrindən biri olacaq.