EN

Zelenski sülh müqaviləsinin referenduma çıxarılmasında israr edir



Ukrayna prezidenti Volodimir Zelenski ABŞ prezidenti Donald Trampla görüşündə sənədin parlament tərəfindən təsdiqlənə biləcəyi ilə bağlı sözlərindən geri çəkilərək, Ukraynadakı münaqişənin həlli ilə bağlı mümkün razılaşma layihəsinin referenduma çıxarılmasını təkid edib.

Newscenter.az xəbər verir ki, bu barədə TASS məlumat verib. Bildirilib ki, Zelenski 20 maddəlik planın referendumda təsbit olunmasını zəruri hesab edib:

"Hamı başa düşür ki, bu, mümkün olan ən möhkəm sənəddir. Biz yalnız bir nəfərin deyil, 450 nəfərin (Ali Radanın rəsmi üzvü) deyil, milyonlarla insanın açıq iradə ifadəsindən danışırıq", - deyə Zelenski jurnalistlərə bildirib.

Zelenski əlavə edib ki, referendum keçirmək üçün ən azı 60 günlük atəşkəs tələb olunacaq.

"Ancaq hamı bununla razı deyil", - deyə o etiraf edib.

Cavid
Chosen
35
3
newscenter.az

10Sources