ain.az, Modern.az portalına istinadən məlumat yayır.
Ukrayna Prezidenti Volodimir Zelenski Rusiya Prezidenti Vladimir Putinin iqamətgahına hücum cəhdi ilə bağlı iddiaların yalan olduğunu bildirib.
Modern.az bu barədə Ukrayna mətbuatına istinadən xəbər verir.
Zelenski vurğulayıb ki, Rusiya müharibənin sona çatması üçün danışıqlarda irəliləyişi pozmaq istəyir:
"Bu, Kiyevdəki hökumət binalarına hücum üçün bəhanə yaradır", - o qeyd edib.
Xatırladaq ki, Lavrov Ukraynanın dronlarla Putinin iqamətgahına hücuma cəhd etdiyini bildirib.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.