EN

Ronaldodan daha iki qol

Kriştiano Ronaldo yaşına baxmayaraq, məhsuldar oyununu davam etdirir.

"Football-plus.az" xəbər verir ki, onun çıxış etdiyi “Əl-Nəssr” Səudiyyə Ərəbistanı çempionatının 11-ci turunda “Əl-Ohdud”u qəbul edib. Matç meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Əsas qəhrəman isə komandanın 40 yaşlı hücumçusu Ronaldo olub. Portuqaliyalı futbolçu dubl edib.

İndi hesabında 12 qol olan Ronaldo bombardirlərin yarışında komanda yoldaşı Joao Felişlə birlikdə liderliyi bölüşür. 10 oyunun hamısında qalib gələn “Əl-Nəssr” isə 30 xalla turnir cədvəlinə başçılıq edir.

Chosen
22
3
football-plus.az

10Sources