AZ

Ronaldu il ərzində 40 qol vurdu

Səudiyyə Ərəbistanı çempionatının XI turunda “Əl-Nəsr” doğma meydanda “Əl-Əhdud” klubununu 3:0 hesabı ilə məğlub edib. Metbuat.az xəbər verir ki, oyunda dubl müəllifi olan portuqaliyalı ulduz hücumçu Kriştianu Ronaldu 2025-ci təqvim ilində vurduğu qolların sayını 40-a çatdırıb. Bununla da Ronaldu karyerası ərzində 14-cü dəfə bir təqvim ilində 40 və daha çox qol vurmaqla dünya futbolunda yeni bir rekorda imza atıb.

Kriştianu Ronaldu 40+ qol göstəricisinə 2010–2018, 2020–2021 və 2023–2025-ci illərdə nail olub. Hücumçu üçün ən məhsuldar il 2013-cü il (63 qol) hesab olunur. Bu dublla Ronaldunun rəsmi matçlarda vurduğu qolların ümumi sayı 956-ya yüksəlib.

Seçilən
25
1
metbuat.az

2Mənbələr