EN

Milli Qəhrəman Şahin Tağıyevin nəşi Azərbaycana gətiriləcək – İsveçdə Qocalar Evində yaşayırmış

İsveçin Malmö şəhərində vəfat edən Azərbaycan Milli Qəhrəmanı Şahin Tağıyevin nəşi Bakıya gətiriləcək.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Modern.az-a açıqlamasında Milli Qəhrəmanın oğlu Şahin Tağıyev məlumat verib.

O bildirib ki, bunun üçün artıq Azərbaycanın İsveçdəki səfirliyinə müraciət ediblər:

“Atamın nəşinin Bakıya aparılmasını planlaşdırırıq. Artıq bu barədə səfirliklə əlaqə saxlamışıq. Sağ olsunlar, çox kömək olurlar. Atamın harada dəfn olunacağı isə hələlik məlum deyil, çünki biz Azərbaycanda yaşamırdıq”, – deyə o qeyd edib.

Xatırladaq ki, əslən Şuşadan olan Şahin Tağıyev 1949-cu il fevralın 3-də Tərtər şəhərində doğulub. 2001-ci ildən Azərbaycanı tərk edərək Avropaya köçüb.

İsveçdəki Qocalar Evində yaşayan Azərbaycan Respublikasının Milli Qəhrəmanı uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

Chosen
32
50
nocomment.az

10Sources