AZ

Azərbaycanın Milli Qəhrəmanı İsveçdə vəfat etdi

Azərbaycan daha bir Milli Qəhrəmanını itirib. 

"Cebheinfo.az" Musavat.com-a istinadən xəbər verir ki, Milli Qəhrəman Şahin Tağıyev uzunsürən xəstəlikdən sonra dünyasını dəyişib.

O, son illər İsveçin Malm şəhərində yaşayırdı.

Yaxınlarının  verdiyi məlumata görə, onun nəşi İsveçin Malmö şəhərindən Bakıya gətiriləcək.

Qeyd edək ki, Ş.Tağıyev 23 iyun 1992-ci il tarixli fərmanı ilə Milli Qəhrəman adına layiq görülüb.

O, Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülən ilk 4 nəfərdən biridir.

Şahin Tağıyev hazırda həyatda olan 16 Milli Qəhrəmandan biri idi.

"Cebheinfo.az" 

Seçilən
11
24
cebheinfo.az

10Mənbələr