EN

Ticani Reynders “Mançester Siti”də qalacaq

Niderlandlı yarımmüdafiəçisi Ticani Reynders yaxın zamanda “Mançester Siti”ni tərk etməyəcək.

90deqiqe.Az-ın "Sky Sports"a istinadən məlumatına görə, “şəhərlilər” futbolçuya yeni müqavilə təklif edə bilər. Buna baxmayaraq, klub uzunmüddətli əvəz tapmaq üçün transfer bazarına çıxmağı planlaşdırır.

Reynders bu yay “Milan”dan “Mançester Siti”yə 55 milyon avro qarşılığında keçib, 30 iyun 2030-cu ilədək müqavilə imzalayıb. Cari mövsümdə yarımmüdafiəçi 27 oyuna çıxaraq 3 qol vurub və 6 məhsuldar ötürmə edib. Transfermarkt portalı onun dəyərini 65 milyon avro qiymətləndirir.

Chosen
32
50
90deqiqe.az

10Sources