Apasport portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Mançester Yunayted” heyətini gücləndirmək üçün transfer planlarını nəzərdən keçirir.
Apasport.az xəbər verir ki, “qırmızı şeytanlar” yetirməsi Skott Maktominey ilə yollarını ayırdıqları üçün peşman olublar. İngiltərə klubu şotlandiyalı futbolçunu yenidən heyətinə qaytarmaq variantını dəyərləndirir.
Hazırda “Napoli”nin formasını geyinən Maktominey A Seriyasında stabil və effektiv çıxışı ilə diqqət çəkir. 29 yaşlı yarımmüdafiəçi bu mövsüm bütün turnirlərdə 24 oyunda meydana çıxaraq 5 qol vurub və 4 məhsuldar ötürmə edib.
Qeyd edək ki, “Transfermarkt” portalının mütəxəssisləri Skott Maktomineyin hazırkı bazar dəyərini 45 milyon avro olaraq qiymətləndirirlər. Transferlə bağlı yekun qərarın mövsümün sonunda verilməsi gözlənilir.
"Fənərbaxça" "Milan"ın hücumçusu ilə maraqlanır
Super Liqa klubunda yeni baş məşqçi
Fransa çempionatında baş məşqçi dəyişikliyi
ÇL finalında geyindiyi formanı hərraca çıxardı
Premyer Liqa klubu baş məşqçisi ilə yolları ayırır
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.