Vaşinqton, 30 dekabr, AZƏRTAC
HƏMAS həqiqətən də Qəzza atəşkəs razılaşmasının növbəti mərhələyə keçməsini istəyirsə, onun tərk-silah olması üçün çox qısa vaxtı var.
AZƏRTAC-ın məlumatına görə, bu sözləri ABŞ Prezidenti Donald Tramp İsrailin Baş naziri Benyamin Netanyahu ilə görüşdən sonra bəyanatında deyib.
“Əgər onlar razılaşdıqları kimi tərk-silah edilməsələr, bu onlara baha başa gələcək və biz bunu istəmirik", - deyə Tramp bildirib.
Məlahət Nəcəfova
AZƏRTAC-ın xüsusi müxbiri
Vaşinqton