AZ

İranda rejim dəyişikliyi ehtimalı yaxın perspektivdə azdır

Newscenter.az portalından alınan məlumata görə, ain.az xəbər verir.

“Son günlər İranda baş qaldıran etirazlar ölkədəki sosial-iqtisadi gərginliyi daha da artırıb. Etirazların başlanğıcında əsas səbəb iqtisadi çətinliklər, işsizlik və inflyasiya olsa da, zamanla nümayişlər siyasi tələblərə, xüsusilə molla rejiminin sərt siyasətinə qarşı çıxışa çevrilib”.Bu fikirləri Newscenter.az-a politoloq Əfsanə İbrahimova İranda baş verən etirazları şərh edərkən səsləndirib. O deyib ki, ötən illərdəki etirazlar da geniş yayılıb, amma təhlükəsizlik qüvvələrinin sərt müdaxiləsi və repressiya nəticəsində nəticəsiz qalmışdı:“Bu dəfə isə nümayişlər şəhərlərdə və regionlarda daha koordinasiyalı şəkildə davam edir, sosial mediada yayılan çağırışlar isə daha çox insanı birləşdirir. Görünür ki, etirazlar artıq yalnız iqtisadi narazılıq deyil, siyasi tələbata da çevrilib.Rejim təhlükəsizlik qüvvələrinin nümayişlərə müdaxiləsi, media və internet üzərində nəzarət, etiraz liderlərinin saxlanılması kimi ənənəvi strategiyasını davam etdirir. Bu qısa müddətdə etirazları yatırsa da, uzunmüddətli perspektivdə xalqın narazılığını tam yatırmaq mümkün deyil. Etirazların dəstəyi müxtəlif sosial təbəqələr arasında genişlənməkdədir ki, bu da rejimin dayanıqlılığına təsir göstərir”.Əfsanə İbrahimovanın sözlərinə görə, hazırkı vəziyyət göstərir ki, birbaşa rejim dəyişikliyi ehtimalı yaxın perspektivdə azdır:“Ən real ssenari, etirazların müəyyən müddət ərzində yatırılması, amma sosial narazılığın və etimadın zəifləməsinin davam etməsidir. Eyni zamanda, beynəlxalq təzyiqlər və iqtisadi sanksiyalar da etirazların davam etməsinə şərait yarada və rejimi bəzi kompromislərə məcbur edə bilər.Beləliklə, etirazlar əvvəlkilərdən fərqli olaraq daha geniş siyasi tələblərlə müşayiət olunur, amma mövcud güc strukturları və repressiya mexanizmləri səbəbindən dərhal rejim dəyişikliyi real görünmür. İranda vəziyyət həm etirazlar, həm də rejimin müqaviməti səbəbindən hələ uzun müddət qeyri-sabit olaraq qalacaq”.Süleyman

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
71
10
newscenter.az

10Mənbələr