ain.az bildirir, Oxu.az portalına istinadən.
FIFA prezidenti Canni İnfantino 2026-cı il dünya çempionatının final mərhələsinin oyunlarına biletlərə olan yüksək tələbatı qeyd edib.
Oxu.Az xəbər verir ki, bu barədə "Vedomosti" nəşri məlumat yayıb.
Funksionerin sözlərinə görə, hazırda FIFA-ya 150 milyondan çox bilet müraciəti daxil olub ki, bu da dünya çempionatları tarixində rekord göstəricidir.
"İlkin satışa hazırlıq mərhələsinin 15 günü ərzində hər gün orta hesabla 10 milyon müraciət qeydə alınırdı. Bu göstəricilərə görə, ABŞ, Almaniya və Böyük Britaniya lider mövqedə idi", - deyə İnfantino bildirib.
Qeyd edək ki, dünya çempionatlarının təxminən 100 illik tarixində FIFA ümumilikdə 44 milyon bilet satıb.
Xatırladaq ki, 2026-cı il dünya çempionatı 11 iyun - 19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək və 48 milli komandanın iştirak edəcəyi ilk mundial olacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.