EN

Tramp İsrail və Suriya arasında konstruktiv münasibətlərin qurulacağına ümid etdiyini açıqlayıb

ain.az, Operativmedia saytına istinadən bildirir.

ABŞ Prezidenti Donald Tramp İsrail ilə Suriyanın müvəqqəti rəhbərliyi – keçid dövrü prezidenti Əhməd Əl Şaraanın başçılıq etdiyi hökumət arasında konstruktiv münasibətlərin qurulacağına ümid etdiyini bildirib.

Operativ Media-nın məlumatına görə, Tramp bunu İsrailin Baş naziri Benyamin Netanyahyu ilə açıq danışıqlar zamanı söyləyib.

"Ümid edirəm ki, Netanyahyu Suriya ilə dil tapacaq, çünki Suriyanın yeni prezidenti öz işini yaxşı yerinə yetirmək üçün çox çalışır. Bu, həqiqətən, belədir. Mən bilirəm ki, o, çətin insandır və bilirsiniz, Suriyaya rəhbərlik edə biləcək "kilsə xorundakı oğlan" tipli birini tapa bilməzsiniz. Mənim deyə biləcəyim yeganə şey budur", – Tramp vurğulayıb.

Prezident qeyd edib ki, ABŞ Suriya dövlətinin qorunmasında maraqlıdır və bu səbəbdən daha əvvəl sanksiyaların ləğvi barədə qərar qəbul edilib.

"Mən Suriyadan sanksiyaları götürdüm, çünki əks halda, onların heç bir şansı olmazdı. Biz Suriyanın mövcudluğunu istəyirik, buna görə də Suriya barədə də danışacağıq", – deyə Amerika lideri əlavə edib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
34
operativmedia.az

1Sources