EN

İsrail ən nüfuzlu dövlət təltifini ilk dəfə Trampa verəcək

BAKI, 30 dekabr. TELEQRAF

İsrailin baş naziri Benyamin Netanyahu ABŞ prezidenti Donald Trampın İsrail Mükafatı ilə təltif ediləcəyini bəyan edib.

Teleqraf xəbər verir ki, bu barədə Netanyahu Tramp ilə görüşü zamanı baş nazirin ofisi məlumat yayıb.

Bildirilib ki, İsrail Mükafatı ölkənin ən nüfuzlu dövlət təltifidir və indiyədək xarici ölkə vətəndaşlarına təqdim edilməyib.

Məlumata görə, Donald Tramp bu mükafata İsrailin və yəhudi xalqının inkişafına verdiyi “böyük töhfəyə görə” layiq görülüb.

Qeyd edək ki, daha əvvəl ABŞ prezidenti Donald Tramp müxtəlif beynəlxalq münaqişələrin həllində roluna görə Nobel Sülh Mükafatına layiq olduğunu bildirmişdi.

Chosen
39
teleqraf.com

1Sources