EN

Tehran ABŞ və İsrailə xəbərdarlıq edərək hərbi təhdidlərin cavabsız qalmayacağını bildirib

ain.az bildirir, Operativmedia saytına əsaslanaraq.

İranın Ali Lideri Ayətullah Əli Xameneinin siyasi müşaviri Əli Şamxani bildirib ki, İrana qarşı hər hansı təcavüzə sərt və dərhal cavab veriləcək.

Operativ Media xəbər verir ki, bu haqda Şamxani “X” sosial şəbəkəsində yazıb.

“İranın müdafiə doktrinası təhdid reallaşdırılmamışdan əvvəl belə müəyyən əks tədbirləri nəzərdə tutur. İranın raket və müdafiə imkanları idarəolunmazdır və heç bir icazə tələb etmir. İstənilən təcavüzə onu törədənlərin təsəvvür belə edə bilmədiyi dərhal və sərt cavab veriləcək”, - deyə o qeyd edib.

Daha əvvəl İsrailin Baş naziri Binyamin Netanyahu ilə birgə keçirilən mətbuat konfransında ABŞ Prezidenti Donald Tramp ABŞ-nin İranla dialoqa hazır olduğunu, lakin zərurət yaranacağı təqdirdə güc tətbiq edə biləcəyini və bunun nüvə obyektlərinə zərbədən daha ciddi nəticələrə səbəb ola biləcəyini bildirib.

“Ümid edirəm ki, onlar nüvə proqramını yenidən başlatmağa çalışmırlar. Əgər belə bir cəhd olarsa, onu qısa müddətdə məhv etməkdən başqa çarəmiz qalmayacaq”, – deyə Tramp vurğulayıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
101
1
operativmedia.az

2Sources