EN

Zelenski prezident postundan gedəcəyi tarixi açıqladı

ain.az, Azpost saytına istinadən bildirir.

Ukrayna prezidenti Voladimir Zelenski hakimiyyətdən nə vaxt gedəcəyini açıqlayıb.

AzPost xəbər verir ki, o, ABŞ-ın Fox News telekanalına verdiyi müsahibədə Rusiya ilə münaqişə başa çatdıqdan sonra vəzifəsini tərk edəcəyini bildirib. Jurnalistin bu barədə səsləndirdiyi ehtimalı Zelenski açıq şəkildə təsdiqləyib. “Bəli”, – deyə o, müharibədən sonra postunu tərk edəcəyi ilə bağlı suala cavab verib.

Xatırladaq ki, Ukraynada prezident seçkiləri keçirilməli olan tarix başa çatsa da, səsvermə baş tutmayıb. Bunun əsas səbəbi ölkədə hərbi vəziyyətin tətbiq edilməsi və ümumi səfərbərlikdir. Eyni zamanda Ali Rada üçün də seçkilər keçirilməyib. Rəsmi Kiyev təhlükəsizlik risklərini əsas gətirərək seçki prosesini təxirə salıb.

Zelenski bildirib ki, müharibə şəraitində seçkilərin keçirilməsi ölkə üçün ciddi problemlər yarada bilər. Onun sözlərinə görə, hazırda əsas prioritet dövlətin təhlükəsizliyi və ərazi bütövlüyünün qorunmasıdır. Prezident qeyd edib ki, münaqişə bitdikdən sonra Ukrayna normal siyasi proseslərə qayıdacaq.

Məlumata görə, ABŞ prezidenti Donald Trampın seçkilərlə bağlı çağırışlarından sonra Zelenski Ali Radaya müvafiq qanun layihəsinin hazırlanması tapşırığı verib. Həmin layihə sülhdən sonra 60–90 gün ərzində seçkilərin keçirilməsini nəzərdə tutur. Rəsmi Kiyev gələcək siyasi keçidin dinc və şəffaf şəkildə həyata keçiriləcəyini bildirir.

AzPost.az

Paylaş

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
15
1
azpost.info

2Sources