EN

Arda ilə Kenan dəyişdirilə bilər -

“Real Madrid”in futbolçusu Arda Güler və “Yuventus”un oyunçusu Kenan Yıldızla bağlı yeni iddia irəli sürülüb. Metbuat.az xəbər verir ki, “Yuventus”un Kenan ilə Ardanın mübadilə edilməsi üçün təklif irəli sürə biləcəyi iddia edilir. İspaniya mətbuatında dərc edilən xəbərə görə, “Yuventus” Kenan Yıldızla yeni müqavilə imzalamaq barədə razılığa gələ bilməyib. Buna görə də, futbolçunun klubdan ayrıla biləcəyi barədə xəbərlər dərc edilib. İddia edilir ki, “Yuventus” futbolçu ilə yeni müqavilə imzalaya bilməsə, Arda ilə mübadilə təklif edə bilər.

Xəbərdə deyilir ki, “Real Madrid”in də Kenan Yıldıza marağı var. Lakin “Real” Ardanı klubdan göndərməyi nəzərdən keçirmir.

Chosen
24
metbuat.az

1Sources