Müğənni Röya Ayxanın Xətai Rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quliyev ilə görüşünün görüntüləri sosial şəbəkələrdə yayılıb və bu, geniş müzakirələrə səbəb olub.
Milli.Az xəbər verir ki, görüntülər Cəmşid Naxçıvanski adına Hərbi Liseydə keçirilən yeni il tədbiri zamanı çəkilib. Tədbir çərçivəsində təşkil olunan konsert proqramında Röya Ayxan da iştirak edib.
Xətai rayon İcra Hakimiyyətindən bildirilib ki, Xətai rayonunda 29.12.2025-ci il tarixdə rayon İcra Hakimiyyəti, YAP Xətai rayon Təşkilatı və C.Naxçıvanski adına Hərbi Liseyin birgə təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə bayram konserti təşkil olunub.
Qeyd olunub ki, tədbirdə Xətai rayon İcra Hakimiyyətinin başçısı Rafiq Quluyev, Milli Məclisin deputatları Vüqar Rəhimzadə, Pərvanə Vəliyeva, YAP Xətai rayon təşkilatının sədri Ramil Mirzəyev, Hərbi Liseyin rəhbərliyi, müəllim heyəti və kursantlar iştirak ediblər.
Çıxış edÉ™nlÉ™r tÉ™dbir iÅŸtirakçılarını 31 Dekabr - Dünya AzÉ™rbaycanlılarının HÉ™mrÉ™ylik Günü vÉ™ Yeni il bayramı münasibÉ™tilÉ™ tÉ™brik edÉ™rÉ™k, bu É™lamÉ™tdar günlÉ™rin milli birlik, hÉ™mrÉ™ylik vÉ™ vÉ™tÉ™npÉ™rvÉ™rlik baxımından mühüm É™hÉ™miyyÉ™t daşıdığını vurÄŸulayıblar.Â
"Tədbirin bədii hissəsində Xalq artisti Röya Ayxanın iştirakı ilə bayram konserti təqdim edilib. Müğənninin ifasında səslənən sevilən mahnılar tədbir iştirakçıları tərəfindən böyük maraq və alqışlarla qarşılanıb, konsert iştirakçılara xoş bayram əhval-ruhiyyəsi bəxş edib.
Bayram proqramı milli-mənəvi dəyərlərin təbliği, gənc kursantlarda həmrəylik və vətənə bağlılıq ruhunun daha da gücləndirilməsi məqsədi daşıyıb",- deyə nəzərə çatdırılıb.
Milli.Az