Vaxtilə Türkiyənin “Fənərbağça” basketbol komandasında çıxış etmiş Endryu Qudelok saxlanılıb.
"Unikal" xəbər verir ki, 37 yaşlı oyunçunun üzərində narkotik aşkarlanıb. Hadisə Yunanıstanda baş verib.
2014-2015-ci illər mövsümündə “Fənərbağça”da oynamış amerikalı basketbolçu hazırda Yunanıstan təmsilçisi "Kolossos"un şərəfini qoruyur.
Endryu Qudelok bir dönəm “Hyuston Rokets”in heyətində NBA-da çıxış edib.