RU

“Fənərbağça”nın sabiq basketbolçusu narkotikə görə saxlanıldı

Vaxtilə Türkiyənin “Fənərbağça” basketbol komandasında çıxış etmiş Endryu Qudelok saxlanılıb.

"Unikal" xəbər verir ki, 37 yaşlı oyunçunun üzərində narkotik aşkarlanıb. Hadisə Yunanıstanda baş verib.

2014-2015-ci illər mövsümündə “Fənərbağça”da oynamış amerikalı basketbolçu hazırda Yunanıstan təmsilçisi "Kolossos"un şərəfini qoruyur.

Endryu Qudelok bir dönəm “Hyuston Rokets”in heyətində NBA-da çıxış edib.

Избранный
84
unikal.az

1Источники